16.03.2023-cü il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.
Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
Kabinetlərin açılışından sonra Lənkəran və ətraf rayonlardan olan həkimlər üçün elmi seminar keçirilib.
Seminarda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev, TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev çıxış edib. Onlar vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxışında Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələri barədə məlumat verib.
Seminarın elmi hissəsində Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə, Respublika Klinik Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova və Yeni Klinikanın həkim-hematoloqu Sevil Cəlilova praktik təqdimatlarla çıxış ediblər.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Fizioterapiya #TƏBİB #İTS #Hemophiliya #NovoNordiskHaemophiliaFoundation #HemofiliyaAzərbaycan #Azerbaijan #Azərbaycan
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.
Alt şəkillər
Oxşar məqalələr
1056 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
136 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…
134 baxış
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş…
142 baxış
Sumqayıt Tibb Mərkəzində elmi praktik seminar təşkil edildi
Ayaz Hüseynov, Hemofiliya, HHPA Pasiyent




