Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların maraqlarını təmsil etmək və müasir, keyfiyyətli müalicənin tətbiqinə nail olmaq məqsədilə yaradılmışdır. Assosiasiya üzv olduğu Dünya Hemofiliya Federasiyasının və Avropa Hemofiliya Konsorsiumunun kriteriyalarına əsaslanaraq inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsini Azərbaycanda tətbiq edir. Ölkədə hemofiliyalı və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlara yüksək keyfiyyətli müalicənin əlçatanlığını təmin etmək məqsədilə müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir.