2016–cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində 19 noyabr 2016 –cı il tarixdə saat 09:00 –da Bakı, Hyatt Regency Otelində keçirilən “Hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair Simpozium” keçirilib. Tədbirdə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və hematologiya kafedralarının əməkdaşları hemofiliyalı xəstələri müasir metodlarla müalicənin mümkünlüyü haqqında mühazirə oxumuşlar və Elmi Tədqiqat hematologiya və transfuziologiya İnstitutunun həkim və elmi işçilərindən ibarət heyyət iştirak edib. Respublika Kliniki Xəstəxananın fizioterapiya şöbəsinin tibbi heyyəti iştirak edib və şöbənin rəhbəri tərəfindən hemofiliyalı xəstələrin fizioterapevtik müalicənin nəticələri haqqında məlumat verilmişdir. Habelə, Simpoziumda yerli mütəxəssislərlə bərabər Rusiya Federasiyası, Moskva şəhəri Hematoloji Elmi Mərkəzin koaqulopatiyalar üzrə elmi-konsultativ şöbənin rəhbəri, professor Zozulya Nadejda İvanovna çıxış edərək ağır hemofiliya xəstələrin və digər qanda laxatalanma patalogoiyası ilə xəstələrin yeni müalicə metodları haqqında mühazirə oxumuşdur. Simpoziumda, hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzular müzakirə olunmuşdur. . Xatırladaq ki, uzun zaman idi ki, hemofiliya xəstəliyi həyatı təhlükəli xəstəlik idi. Dişlərin çəkilməsi kritik qanaxmaya, cuzi zədə isə beyinə qansızmaya, qanqrena ilə nəticələnən geniş hematomaya səbəb olurdu. Lakin müasir tibbi imkanlar xəstələrin həyat keyfiyyətinin qənaətbəxş olduğunu təmin edir. Xəstəliyin ömürlük olduğuna baxmayaraq, keyfiyyətli müalicə olduqda simptomlar özünü biruzə vermir. Beləliklə, hemofiliyalı pasiyentin həyat keyfiyyətinin yüksək olması üçün multistiplinar yanaşma böyük əhəmiyyət kəsb edir və təşkil olunan Simpoziumun məqsədi çoxprofilli həkimlər briqadasının birgə iş sistemi təkmilləşməsi üçün onları bir araya toplamaqdır. Bunlar: Laborant, Hematoloq, Transfuzioloq, Ortoped, Fizioterapevt, Stomatoloq, Cərrah, Genetik, Ginekoloq, Tibb bacısı, Pediatr, Hepatoloq, Psixoloq , Rentgenoloq, USM mütəxəssisi və sairdir.
Hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair Simpozium” keçirilib

Səhiyyə, Sağlamlıq, Pasient, Pasiyent Hemofiliya, Ayaz Hüseynov, Hemofiliyalı Xəstələr İctinai Birliyi, Hemofiliya Azərbaycan,
Alt şəkillər
Oxşar məqalələr
1052 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
132 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…
126 baxış
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş…
139 baxış
Sumqayıt Tibb Mərkəzində elmi praktik seminar təşkil edildi
Ayaz Hüseynov, Hemofiliya, HHPA Pasiyent




