8 avqust 2022-ci il tarixində "MÜALİCƏNİN ƏLÇATANLIĞININ HAMI ÜÇÜN OLMASINA DOĞRU " adlı HEMOFİLİYA MƏKTƏBİNİN bu ilə olan ilk təlimi keçirildi.
Hepatit virusları haqqında məlumatlandırma, müalicə və profilaktikaya dair təlimləri həkim qastroenteroloq-hepatoloq Dr. Rəksanə Cəlilova keçirdi.
Təlimdə hemofiliya və digər laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlər, kiçik yaşlı uşaqların valideynləri , habelə "Leykeniya ilə mübarizə" ictimai birliyinin sədri Mehriban Bağırova iştirak etmişlər.
Təlim zamanı Dr. Rəksanə Cəlilova tərəfindən Hepatit A, B, C, D, E viruslarına dair ətraflı məlumat verdi. Xüsusi olaraq hepatitlərin simptomatikası, törətdiyi fəsadlar, müalicə və hepatit B vurusuna qarşı peyvəndin edilməsinin vacibliyi haqda məlumat verilmişdir.
Təlim sonunda iştirakçıların suallarına ətraflı olaraq təlimçi həkim Qastroenteroloq-hepatoloq Dr. Rəksanə Cəlilova və moderator Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov cavablandırmışlar.
Hemofiliya Məktəbi 2022 çərçivəsində hepatit virusları haqqında təlim keçirildi

8 avqust 2022-ci il tarixində "MÜALİCƏNİN ƏLÇATANLIĞININ HAMI ÜÇÜN OLMASINA DOĞRU " adlı HEMOFİLİYA MƏKTƏBİNİN bu ilə olan ilk təlimi keçirildi.
Alt şəkillər
Oxşar məqalələr
1056 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
136 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…
134 baxış
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş…
142 baxış
Sumqayıt Tibb Mərkəzində elmi praktik seminar təşkil edildi
Ayaz Hüseynov, Hemofiliya, HHPA Pasiyent




