Cənab prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdiyinə görə bu gün ilk dəfə olaraq , ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nümayiş etdirmək üçün “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” İctimai Birliyinin egidası altında “Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbir həyata keçirilmişdir.Tədbirdə Ombusman- İnsan hüquqları üzrə müvəkkilin nümayəndələri Yeganə xanım Cəfərova və Müqalib müəllim Mahmudov, uşaqlarımızın müalicəsi ilə məşqul olan həkimlərimiz Prof. MirEldar Babayev və Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Sosial yönümlü Qeyri Hökumət Təşkilatların liderləri iştirak etdilər. Tədbirimizə qatıldığı üçün xüsusi təşəkkürümüzü “Bacarıqlı əlillər” İctimai Birliyinin rəhbəri Qubad Qasımova və Aybəniz Nəsirovaya bildiririk. Tədbir hemofiliyalı və leykemiyalı uşaqların hazırladığı konsert proqramı çərçivəsində həyata keçmişdir. Proqramda 35 uşağın çıxışı ilə müxtəlif ölkələr (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Almaniya, Yaponiya, Hindistan, Ukrayna, İngiltərə) təbliğ olundu, milli rəqslər və mahnılar, şeirlər ifa olundu. Sonda hemofiliya və leykemiyalı uşaqlar diplomlarla təltif edildi. Uşaqlar üçün maraqlı olan məkan “AMAZON” Uşaq Əyləncə Mərkəzinin rəhbərliyinə təşkilatı dəstəyə görə təşəkkürümüzü bildiririk
Hemodiliya Assosiasiyası Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbir həyata keçirmişdir

“Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” egidası altında “Uşaqların sağlamlığını və sülhü qoruyaq” adlı tədbir həyata keçirilmişdir
Alt şəkillər
Oxşar məqalələr
1052 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
132 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…
126 baxış
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş…
139 baxış
Sumqayıt Tibb Mərkəzində elmi praktik seminar təşkil edildi
Ayaz Hüseynov, Hemofiliya, HHPA Pasiyent




