13 May 2023-cü il tarixində Azərbaycan Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin dəstəyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Azərbaycan Hematoloji Mütəxəssislər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Regional Hematologiya Simpoziumu keçirilib.
Simpoziumda Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Simpoziumun rəsmi hissəsində çıxış etmişdir.
Ayaz Hüseynov çıxış zamanı dövlət səhiyyə qurumlarının, həkimlərin və pasiyent təşkilatlarının birgə əməkdaşlığının mahiyyəti haqqında bəhs etdi və regionlarda elmi konfransların silsilə şəklində keçirilməsini və həkimlərin davamlı təcrübə mübadiləsində olmaqlarının vacibliyini bildirdi.
Çıxışın sonunda dövlət səhiyyə qurumlarına və xüsusən Simpoziumun təşkatçılarına təşəkkür etdi və Simpoziumun gedişatına uğurlar arzu etmişdir.
Simpoziuma Gəncə və ətraf regionlardan 200 dən çox həkimlər və tibb bacıları iştirak etmişdir.
Daha sonra hematologiyanın aktual məsələlərini əhatə edən müxtəlif məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
TƏBİB
#HeydərƏliyev100 #HeydərƏliyev #Səhiyyə #Sağlamlıq #Pasiyent #Hematologiya #TƏBİB #İcbariTibbiSığorta #HemofiliyaAzərbaycan #Hemofiliya #Pasiyentİttifaqı #MilliHematologiya #HematologiyaMütəxəssisləri
Gəncədə Hematoloji simpozium keçirildi

Simpoziumda Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Simpoziumun rəsmi hissəsində çıxış etmişdir.
Alt şəkillər
Oxşar məqalələr
235 baxış
Buxarestdə qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
31 oktyabr - 01 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun…
1390 baxış
Tibb bacısı işinin təşkili adlı layihənin yekun konfransı keçirildi
Ayaz Huseynov, HHPA TABIB hemofiliya səhiyyə
1256 baxış
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya…
2535 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…




