2 may 2015 il tarixdə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbərliyi və Şirvan şəhər regional Hemofiliya Mərkəzinin rəhbəri Dr. Təranə Cəlilova Siyəzən Şəhər Diaqnostika Mərkəzində Hemofiliyaya dair seminar keçirmişdir. Seminarda Siyəzən Şəhər Diaqnostika Mərkəzinİin Baş həkimi Dr. Dadaş Hümbətov və çox profilli həkimləri iştirak etmişlər və hemofiliyanın əlamətləri, diaqnostiksı, fəsadları haqqında müzakirə aparmışdır. Dr. Təranə Cəlilova təqdim etdiyi prezentasiyada təcrübə mübadiləsi üçün hemofiliyanın irsi xəstəlik olduğu üçün nəsildən nəsilə ötürülmə sxemini və müasir müalicə metodları haqqında qeyd etmişdir. Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasını prezidenti Gülnarə xanım Hüseynova Beynəlxalq Əməkdaşlıqdan və Faktor Konsentratlarının müalicə zamanə həyati vacib olduğu haqqında prezentasiya təqdim etmişdir. Sonda Daqnostikanın təkmilləşməsi üçün Assosiasiya tərəfindənSiyəzən Şəhər Diaqnostika Mərkəzinin laboratoriyasına koaqulometr adlı qan analizini dəqiq müayinə edən apparat təqdim olundu. Assosiasiyanın üzvləri və rəhbərliyi adından Siyəzən Şəhər Diaqnostika Mərkəzinin Baş həkimi Dr. Dadaş Hümbətova xüsusi təşəkkürümüzü bildiririk.
Siyəzən Şəhər Diaqnostika Mərkəzində Hemofiliyaya dair seminar keçirmişdir

2 may 2015 il tarixdə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbərliyi və Şirvan şəhər regional Hemofiliya Mərkəzinin rəhbəri Dr. Təranə Cəlilova Siyəzən Şəhər Diaqnostika Mərkəzində Hemofiliyaya dair seminar keçirmişdir.
Alt şəkillər
Oxşar məqalələr
1047 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
127 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…
121 baxış
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş…
134 baxış
Sumqayıt Tibb Mərkəzində elmi praktik seminar təşkil edildi
Ayaz Hüseynov, Hemofiliya, HHPA Pasiyent




